Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Zülmətdəki nur” kitabının təqdimatı keçirilib

21.06.2025

İyunun 21-də “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında” layihəsi çərçivəsində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fiziki imkanları məhdud gənc şairə Samirə Sahibin “Zülmətdəki nur” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, müəllimlər, məktəblilər, Samirə Sahibin ailə üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Reyhana Sadıxova bildirib ki, Samirə Sahibin fiziki məhdudiyyətlərinə baxmayaraq  həyat hekayəsi və şeirləri gənc nəsil üçün bir örnəkdir.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yədulla Ağazadə, Viravul kənd sakini Ağadadaş Əliyev, Azərbaycan Respublikası Gözdən Əlillər Kitabxanasının əməkdaşı Zəkəriyyə Qurbanov və kitabın redaktoru, şairə Aytəkin Əziz Samirə Sahibin ədəbi yaradıcılığının cəmiyyət üçün əhəmiyyətindən danışdılar. Onun poetik dili, yaradıcılıq üslubu və şeirlərindəki dərin fəlsəfi məqamlar barədə ətraflı fikirlərini bölüşüblər.

Təqdimat zamanı Samirə Sahibə həsr olunmuş videoçarx nümayiş olunub, məktəblilər onun şeirlərini səsləndiriblər, tanınmış müğənnilər isə mahnılar ifa ediblər.

Sonda Samirə Sahib tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.