23.06.2025
İyunun 23-də Astara rayon Heydər Əliyev Mərkəzində 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Astara rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı Astara rayon təşkilatının əməkdaşları, M.Ə.Sabir adına şəhər 1, Ş.Qasımov adına şəhər 4 saylı və A.İbrahimov adına Şüvi kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, 23 iyun dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, həmin tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilib.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.