Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyaya yox deyək!

23.06.2025

İyunun 23-də Ombudsman Cənub Regional Mərkəzinin və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçlığı ilə 26 iyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin əməkdaşları, M.Ə.Sabir adına şəhər 1, Z.Bünyadov adına şəhər 2, M.F.Axundov adına Pensər kənd 1 saylı, N.Əliyev adına Maşxan kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi görülən işlərin davamıdır. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Onun yaratdığı problemlər cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır.

Sonra Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov geniş məruzə ilə çıxış edib.

Daha sonra “Narkomaniya əsrin bəlasıdır” mövzusunda film nümayiş olunnub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.