Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zöhrab Adıgözəlzadə - 85

03.07.2025

İyulun 3-də Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti, pianoçu Zöhrab Adıgözəlzadənin anadan olmasının 85 illiyi ilə əlaqədar “Zöhrab Adıgözəlzadə - 85” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Azərbaycan professional fortepiano sənətinin tarixi bir əsrdən artıq dövrü əhatə etməsinə baxmayaraq öz yenilikləri və nailiyyətləri ilə müasir fortepiano musiqisində layiqli yer tutur. Qeyd olunub ki, ötən onilliklərin musiqi nailiyyətlərini araşdırdıqda, bir daha aydın olur ki, fortepiano sənəti öz tarixi ərzində daha da inkişaf etmiş, və müasir səviyyəyə yüksəlmişdir.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məzuzəsində Azərbaycan fortopiano məktəbinin görkəmli nümayəndələrindən biri olan Xalq artisti, pianoçu Zöhrab Adıgözəlzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, görkəmli sənətkarın 1962-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərdiyini və gənc musiqiçilər nəslinin yetişməsində əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan və bir çox xarici bəstəkarların əsərlərini böyük məharətlə ifa edən Zöhrab Adıgözəlzadə fortopiano məktəbimizi bir çox ölkələrdə uğurla təmsil etmişdir.