Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar tədbir keçirilib

03.07.2025

İyulun 3-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planının təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şəhər 4 saylı Körpələr evi-uşaq bağçasının müəllimləri və balaca fidanları iştirak edib.

İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinə ekskursiya edib. Sonra uşaqlar üçün “Kirpi” və “Cırtdan” cizgi filmləri nümayiş olunub.