Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların zərəli informasiyadan qorunması

05.07.2025

Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar  iyulun 4-də Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib/

Tədbirdə YAP Astara rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun,  Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı Astara rayon təşkilatının əməkdaşları, M.Ə.Sabir adına şəhər 1, Ş. Qasımov adına şəhər 4 saylı,  A.İbrahimov adına Şüvi kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Azərbaycanda uşaqların əldə etməsi qanunla məhdudlaşdırılan informasiyaların növləri müəyyənləşib. Bu, yeni qəbul edilən “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanuna əsasən ediləcək.  2020-ci ildən qüvvəyə minəcək qanun uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. 

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Daha sonra “Uşaqlar və zərərli informasiya” mövzusunda film nümayiş olunub.