Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində elmi-praktik seminar keçirilib

04.07.2025

İyulun 4-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində elmi praktik seminar keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitunun birgə təşkilatçılığı ilə keçirilən elmi praktik seminarda Mədəni irsin qorunması, İnkişafı  və Bərpası üzrə Salyan Regional İdarəsinin Masallı rayon Şöbəsi əməkdaşları, arxeoloqlar, tarixçilər, mədəniyyət işçiləri iştirak edib.

 İlk olaraq seminarı açılış nitqi ilə açan  muzeyin direktoru Əntiqə Tağıyeva son illərdə bölgəmizin qədim keçmişini özündə əks etdirən arxeoloji  tapıntılar  haqqında  danışıb.

  Sonra Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru, arxeoloq Latife  Summerer  “ “Atropatenada küp məzarları” adlı mühazirə edərək  2023-cü ildə Masallı rayonunun Eminli ərazisində aşkarlanan nekroloq- küp qəbri ilə bağlı apardığı maraqlı araşdırmalar haqqında geniş məlumat verib.

Daha sonra  çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeoloqiya İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə  dünya ölkələri ilə əməkdaşlıq quraraq Azərbaycan tarixi həqiqətlərinin müxtəlif dillərdə yayımlanması vacibliyini xüsusi vurğulayıb.

 Muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova və Eminli kənd sakini  küp qəbrini ilk tapan Röyal  Abbaslı çıxışlarında tədqiqatçılara minnətdarlıqlarını ifadə edərək, gələcəkdə aşkarlana biləcək bu cür tapıntılara doğru yanaşmağın vacibliyini qeyd ediblər.

 Seminar iştirakçıları sonda  Eminli kənd ərazisində tapılan, muzeydə sərgilənən materiallarla yaxından tanış olub xatirə şəkilləri çəkdiriblər.