Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların asudə vaxtının səmərəli təşkili

07.07.2025

İyulun 7-də Astara rayon Heydər Əliyev Mərkəzində "Uşaqlara dair strategiyaların həyata keçirilməsi üzrə 2020-2025 ci illər üçün "Milli Fəaliyyət Planı"nın icrası istiqamətində "Uşaqların asudə vaxtının səmərəli təşkili" məqsədi ilə tədbir keçirilib.

Tədbirdə “Rəssamlıq” dərnəyinin şagirdləri iştirak edib.

Mərkəzin bələdçisi və “Rəssamlıq” dərnəyinin rəhbəri Cəmalə Məmmədova çıxış edərək bildirib ki, rəsm çəkmək də uşaqların boş vaxtlarını dəyərləndirmək üçün əla məşğuliyyətdir. Uşaqlar rəsmlə məşğul olan zaman öz fantaziyalarını işə salaraq təxəyyüllərinin məhsulunu ortaya qoyurlar. Rəsm çəkmək onların bədii zövqünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir və bu məşğuliyyət zamanla istedada çevrilə bilir.

Daha sonra rəssamlıq dərnəyində şagirdlər rəsm sahəsində bacarıq və istedadlarını nümayiş etdiriblər.