06.07.2025
Lerik rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə şair, maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib.
Oxuculara Xidmət şöbəsinin müdiri Eyzəngül İsayeva ədibin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən geniş bəhs edib.