Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yol hərəkəti qaydalarını birlikdə öyrənək

06.07.2025

Astara rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində uşaqların asudə vaxtlarını səmərəli keçirilməsindən ötrü "Yay məktəbi" proqramı tərtib edilib.Bu proqrama əsasən ilk mövzu "Yol hərəkəti qaydaları" olub.

Tədbirdə Astara RPŞ-nın DYPB-nin Yol Patrul xidmətinin inspektoru Orxan Babazadə iştirak edib.

İnspektor Orxan Babazadə Yol hərəkəti qaydaları haqqında oxuculara məlumat verərək bildirib ki,tədbirin əsas məqsədi piyada və şərnişinlərin Yol hərəkəti qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək,piyadaları özlərinin və başqalarının təhlükəsizlik məqsədi ilə daha məsuliyyətli olmağa çağırmaq,uşaq və yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verməkdir.

Sonra uşaqların sualları cavablandırılıb.

Yekunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.