Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Kitab Klubu”nun növbəti görüşü keçirilib

08.07.2025

İyulun 8-də Masallı rayon Heydər Əliyev Mərkəzi,Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən Qodman kənd kitabxana filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə “Kitab Klubu”nun növbəti görüşü baş tutub.

Bu dəfəki görüş şair, maarifçi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinə həsr olunub. Görüşdə dahi ədibin əsərləri, bədii irsi və maarifçi fikirləri müzakirə olunub.

Seyid Əzim Şirvaninin yaradıcılığı boyunca cəmiyyətə verdiyi mənəvi töhfələr – doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda sədaqət, çalışqanlıq, əzilənlərə yardım, insanlarla gözəl rəftar və digər nəcib xüsusiyyətlərin tərbiyəsi klub üzvlərinin əsas müzakirə mövzusu olub. Əsərlərinin tərbiyəvi məzmunu və cəmiyyətə yönəlik dəyərli öyüdləri iştirakçılar tərəfindən geniş təhlil edilib.

Qeyd edək ki, “Kitab klubu” Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.