Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Seyid Əzim Şirvanin 190 illiyi ilə əlaqədar tədbir keçirilib

02.09.2025

Sentyabrın 2-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərancamına əsasən Seyid Əzim Şirvanin 190 illik yubileyi ilə əlaqədar Cəlilabad rayon Mədəniyyət Mərkəzi və Cəlilabad rayon Heydər Əliyev Mərkəzi birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edənlər qeyd edib ki, Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatı tarixində görkəmli bir yeri var. O, coşğun lirik əsərlərilə Füzuli ədəbi məktəbinin istedadlı nümayəndəsi, dövrün ictimai bəlaları əleyhinə çevrilən tənqidi şeirlərilə isə qüvvətli bir satirik kimi tanınıb.

Sonda “Seyid Əzim Şirvani”dən bəhs edən film nümayiş olunub.