Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dövlət suverenliyi – müstəqilliyimizin sütunu, gələcəyimizin təminatıdır

20.09.2025

Sentyabrın 20-də Dövlət Suverenliyi Günü münasibətilə Lənkəran Mərkəzi Kitabxanasında tədbir təşkil olunub.

Tədbiri direktor v.m.i.e Arzuyə Rufullayeva açıq elan edərək, Azərbaycanın dövlətçilik tarixində bu günün əvəzsiz rolundan danışıb. O, vurğulayıb ki, suverenlik xalqımızın milli iradəsinin, azadlıq və müstəqillik arzularının gerçəkləşməsidir.

Kitabxana əməkdaşları da suverenliyin yalnız hüquqi sənəd deyil, həm də xalqımızın ruhunu, milli birliyini və gələcəyə inamını ifadə etdiyini bildiriblər.

Çıxış edənlər həmçinin qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan suveren, güclü dövlət kimi inkişaf edir.