19.09.2025
Sentyabrın 19-da Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “Şəkərbala” uşaq bağçasında Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planına uyğun olaraq nağıl saatı keçirilib.
Uşaq şöbəsinin əməkdaşı Esmira Ağarzayeva balacalara “Hərkəsin isti evi” adlı nağılını təqdim edib. Uşaqlar bu maraqlı nağılın dinlənilməsi zamanı həm əylənib, həm də yeni məlumatlar əldə ediblər.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlarda kitab oxumağa maraq oyatmaq, onların təsəvvür və təxəyyül qabiliyyətini inkişaf etdirmək, eləcə də kitab sevgisini erkən yaşlardan aşılamaqdır.