Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda 20 Sentyabr – Suverenlik Günü ilə bağlı tədbir keçirilib

19.09.2025

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə mərkəzdə 20 Sentyabr – Suverenlik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Vətən müharibəsi iştirakçıları, qazilər, tələbə və gənclər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq Suverenlik Gününün tarixi əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev çıxış edərək bu günün xalqımızın həyatındakı önəmini vurğulayıb.

Yekunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov çıxış edərək Suverenlik İli və tədbirin əhəmiyyəti barədə məlumat verib.