Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Suverenliyə gedən yol - şərəfli yol

19.09.2025

Lerik Rayon Heydər Əliyev Mərkəzində Lerik Rayon İcra Hakimiyyətinin, rayon mədəniyyət müəssisələrinin və YAP Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, ağsaqqal ziyalı Hidayət Bəşirov və Tərxan Feyziyev, YAP Lerik Rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi Lerik Sektorunun müdiri Natiq İsaqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov qeyd ediblər ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Dövlət Suverenliyi Günü ölkəmizin ən şərəfli tarixidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq heç bir qüvvə xalqımızın müstəqillik, azadlıq, suverenlik əzmini sarsıda bilməmişdir. Cəmi 23 saat davam etmiş və 2023-cü il sentyabrın 20 - də başa çatmış antiterror əməliyyatı nəticəsində Azərbaycanın rəşadətli Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Suverenliyini tam bərpa etmişdir. Şanlı Zəfər sayəsində bu dün Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.