24.09.2025
Sentyabrın 24-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı,Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil Sektorunun dəstəyi ilə N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində, 27 sentyabr-Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə əlaqadar “Qələbə ruhumuzun zəfəridir” başlıqı altında maarifləndirici tarix dərsi keçirilib.
Dərsdə məktəbin IX sinif şagirdləri və müəllimlər iştirak edib.
İlk öncə vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Məktəbin direktoru Mehriban Əzizova bu qələbəni, zəfəri bizlərə yaşadan Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında şanlı bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıran, bu yolda canlarını belə əsirgəməmiş bütün şəhidlərimizi daim dərin ehtiramla yad ediləcəyindən danışaraq , 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olacağını xüsusi qeyd edib.
Sonra muzeyin kütləvi işlər üzrə kiçik elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı geniş mühazirə edib.
Daha sonra muzeyin əməkdaşı, qazi Talib Qəzənfərli keçdiyi Zəfər yolundan, həmin günlərin xatirələridən, onlara göstərilən maddi və mənəvi dəstəkdən danışıb, lazım gələrsə yenə də vətənin yolunda canından keçməyə hazır olduğunu bildirib.