14.10.2025
Astara rayon Heydər Əliyev Mərkəzində “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 22 ili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam və Qapıçıməhəllə kənd Ə.Əliyev adına ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir.Prezident cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova geniş məruzə ilə çıxış edib.
Tədbirdə “Prezident İlham Əliyevin şərəfli 22 ili” mövzusunda film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.