Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Füzuli Şəhəri Günü

14.10.2025

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq oktyabrın 14-də Astara rayon Heydər Əliyev Mərkəzində “Füzuli Şəhəri Günü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara rayon Şağlazüzə kənd tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin beşinci ildönümünü qeyd edir. Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonradan Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova geniş məruzə ilə çıxış edib.

Daha sonra “17 oktyabr Füzuli şəhəri günüdür”adlı qısa sənədli film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.