14.10.2025
Oktyabrın 14-də Tarix-Diyarşünaslıq Muzeyində baramaçılıq və çəltikçilik mövzusunda maarifləndirici tədbir keçirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil Sektorunun təşəbbüsü ilə həyata keçirilən “Müzeylər aylığı” layihəsi çərçivəsində keçirilən marifləndirici tədbirdə Həsənli, Məmmədxanlı, Bala Təklə, Köçəkli və Təkdam məktəblərinin şagird və müəllim kollektivi iştirak edib.
Məktəblilərlə keçirilən tədbir çərçivəsində muzey fondundan mövzu ilə bağlı seçilmiş eksponatlardan ibarət sərgi də ziyarətçilərə təqdim olunub. Muzeyin əməkdaşları tərəfindən baramaçılıq və çəltikçilik sahəsi ilə bağlı şagirdlərə ətraflı məlumatlar verilib.
Tədbirdən sonra məktəblilər muzeyə və qalereyaya ekskursiya edərək bölgənin tarixi və incəsənət nümunələri ilə tanış olublar.