14.10.2025
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Konstitusiya və Suverenlik ili çərçivəsində Ərəb, Haçıtəpə və Sığınacaq kənd tam orta məktəblərinin şagird və müəllim kollektivi üçün açıq tarix dərsi təşkil olunub.
Açıq tarix dərsi Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil Sektorunun təşəbbüsü ilə “Muzeylər aylığı” layihəsi çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, açıq dərsin məqsədi məktəblilərin Azərbaycan dövlətçiliyi, suverenlik anlayışı və Konstitusiyamızın əhəmiyyəti barədə biliklərini daha da dərinləşdirmək, eyni zamanda tarixə marağı artırmaq olub.
Muzey əməkdaşları layihə əsasında muzeyə və qalereyaya ekskursiya edən şagirdləri ekspozisiya zallarında eksponatlar və incəsənət nümunələri ilə tanış edərək bölgənin tarixi, mədəni irsi, əsrarəngiz rəsm əsərləri barədə ətraflı məlumat veriblər.