16.10.2025
Oktyabrın 16-da Astara rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Müstəqillyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam və S.Nəsirov adına Seləkəran kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra Mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “18 oktyabr Müstəqillyin bərpası günüdür” mövzusunda film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları mərkəzin “Elektron kitabxanasının” kitablarından ibarət sərgiyə baxış keçiriblər.