Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Füzuli, Zəngilan və Qubadlı: Tarixdən gələcəyə baxış

17.10.2025

Oktyabrın 17-də Masallı rayon Heydər Əliyev Mərkəzi,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə Füzuli, Zəngilan və Qubadlı şəhər günləri münasibətilə gənclərin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Masallı rayonunun fəal gəncləri, müəllimlər və təşkilatçı müəssisələrin əməkdaşları iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbiri açaraq bu tədbirlərin keçirilməsinin gənclərin milli yaddaşının formalaşmasında mühüm rol oynadığını və onların azad olunmuş torpaqlara olan bağlılığını artırdığını tədbir iştiraçılarının diqqətinə çatdırıb.

Dəyirmi masa zamanı Füzuli, Zəngilan və Qubadlının tarixi, coğrafi mövqeyi, mədəni abidələri və son illərdə aparılan bərpa-quruculuq işləri barədə geniş məlumatlar verilib.Gənclər ilə bu bölgələrin strateji əhəmiyyəti və gələcək inkişaf imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçılar ilə xatirə fotosu çəkilib.