Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucal ! Mətin Azərbaycan

17.10.2025

Astara rayon Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Oxu zalında 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq tədbir keçirilib.

Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kitabxananın Metodika biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova tədbiri açaraq bildirib ki,18 Oktyabr-Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqilliy Günü -Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.2021-ci ildən sonra yeni adı ilə "Müstəqilliyin Bərpası Günü"

kimi qeyd edilir.Bu da onun göstəricisidir ki,biz qalib,azad və müstəqil ölkəyik.Yaşasın müstəqil Azərbaycan.

Daha sonra Oxuculara xidmət şöbəsinin Baş kitabxanaçısı Aybəniz İbadova mövzu ətrafında geniş məruzə edib.

Yekunda mövzu ilə bağlı çıxışlar dinlənilib və şagirdlərin ifasında şeirlər səsləndirilib.