Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Füzuli Şəhəri Günü-Zəfərə gedən yol

17.10.2025

Astara Tarix-Diyarşünaslıq Muzeyində 17 Oktyabr- Füzuli Şəhəri Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə M.F.Axundov adına Pensər kənd 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Vüsalə Xocaxanova açaraq qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 2020- ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan öz şanlı qələbəsini yazdı.

Sonra mövzu ilə bağlı muzeyin fond mühafizi Xəyalə Haqverdiyeva məruzə edib.

Yekubda şagirdlər muzeyə ekskursiya ediblər.