17.10.2025
Oktyabrın 17-də Masallı rayon Mərkəzi Kitabxanasında Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Tütün çəkməyin zərərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi işçi heyətində sağlam həyat tərzinin təbliği və tütün istifadəsinin qarşısının alınmasına yönəlmiş maarifləndirməni gücləndirmək olub.
Tədbirdə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Mərkəzi Kitabxananın əməkdaşları Günay Xəlilova və Rasif Dadaşov çıxış edərək tütün çəkməyin insan sağlamlığına və ətraf mühitə vurduğu mənfi təsirlərdən danışıblar.
Çıxışlar zamanı həmçinin müəssisələrdə və iş yerlərində tütün çəkmənin zərərləri barədə maarifləndirici tədbirlərin keçirilməsinin, məlumatlandırıcı lövhə və plakatların yerləşdirilməsinin, eləcə də tütün çəkmək üçün xüsusi ayrılmış açıq və ya qapalı yerlərin təşkil olunmasının vacibliyi vurğulanıb.
Sonda iştirakçılar mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.