04.11.2025
Noyabrın 4-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində 9 Noyabr – Bayraq Gününə həsr edilən “Üç rəngdə əks olunan tariximiz və gələcəyimiz” adlı açıq tarix dərsi təşkil olunub.
Tarix dərsində Dəmirçi kənd tam orta məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Əvvəlcə vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Dərs zamanı iştirakçılara Azərbaycanın dövlət atributları, xüsusilə üçrəngli bayrağımızın mənası və tarixi haqqında geniş məlumat və ətraflı məlumat verilib.
Dərsin sonunda şagirdlər muzey və qalereyanın birgə təşkilatçılığı altında “Zəfərin şirin nəğməsi tariximizdə” başlıqlı altında nümayiş olunan sərgi ilə də tanış olaraq burada nümayiş olunan eksponatlar vasitəsilə xalqımızın qəhrəmanlıq salnaməsinə bir daha nəzər salıblar.