Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Film nümayişi

05.11.2025

Noyabrın 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 8 noyabr - Zəfər günü münasibətilə Köryədi kənd ümumi orta məktəbinin şagirdlərinin iştirakı ilə "Hadrut sən azadsan" filmi nümayiş olunub.

Əvvəlcə mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə Vətən müharibəsinin tarixi əhəmiyyəti, baş vermə zərurəti, şanlı tariximizin yaşadılması üçün gəncliyimizin üzərinə düşən öhdəliklərdən söz açıb.

Sonra adı qeyd olunan film nümayiş olunub.

Sonda mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanışlıq olub.