26.11.2025
Noyabrın 25-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Günərzi Qayğı Mərkəzində fiziki məhdudiyyətli uşaqlar üçün “Oxu saatı”keçirilib. Kitabxananın əməkdaşları uşaqlar üçün bir neçə xalq nağılını səsləndiriblər. Oxunan nağıllar balacaların marağını cəlb edərək onları nağıl dünyasına aparıb, əyləncəli vaxt keçirmələrinə şərait yaradıb və təxəyyüllərinin inkişafına, dünyagörüşlərinin zənginləşməsinə töhfə verib. Tədbirin əsas məqsədi fiziki məhdudiyyətli uşaqların maarifləndirilməsi, onların mütaliə vərdişlərinin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək olub. Bu cür fəaliyyətlər uşaqların cəmiyyətə inteqrasiyasına, özlərini ifadə bacarıqlarının inkişafına və müsbət emosiyalar qazanmasına şərait yaradıb.