Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim Vətənim – mənim kəndimdən başlayır!”

26.11.2025

Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən “İncəsənət Kollecinin 105” illik yubleyinə həsr olunmuş “Mənim Vətənim – mənim kəndimdən başlayır!” layihəsi çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində görüş keçirilib. İncəsənət Kollecinin təşkil etdiyi görüşdə Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, İcəsənət Kollecinin direktoru Elşad Əhmədov, Kollecin əməkdaşları və Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Xəzər İbrahimov gənclərlə maarifləndirici söhbətlər aparıblar. Bu cür layihələrin gənclərin istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıblar və onlara yaradıcılq uğurları arzulayıblar. Sonda gənclərə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edilərək, təşkil olunmuş sərgiyə baxış keçirilib. Qeyd edək ki, layihənin əsas məqsədi bölgələrdə yaşayan gənc istedadları aşkarlamaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq, eləcə də İncəsənət Kollecinin fəaliyyəti, qəbul imkanları və təhsil mühiti haqqında ətraflı məlumat verməkdir.