27.11.2025
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədilə həyata keçirilən layihə çərçivəsində Mərkəzin gənc könüllüləri üçün “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda mühazirə keçirilib. Mühazirədə Ulu Öndərin dövlətçilik fəlsəfəsi, milli ideologiyanın formalaşmasında rolu, azərbaycançılıq məfkurəsinin əsas prinsipləri və bu ideologiyanın bu gün də ölkənin ictimai-siyasi həyatında necə yaşadıldığı geniş şəkildə izah olunub. Tədbir zamanı Heydər Əliyevin çıxışlarından və tarixi nitqlərindən nümunələr gətirilmiş, onun gənclərə verdiyi dəyər və tövsiyələr xüsusi vurğulanıb. Gənc könüllülər mühazirəni böyük maraqla dinləmiş, suallar vermiş və müzakirələrdə fəal iştirak ediblər. Tədbirin sonunda iştirakçılara Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi üçün tövsiyələr verilmiş, gələcəkdə bu mövzuda silsilə tədbirlərin davam etdiriləcəyi bildirilib.