Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu” mövzusunda tədbir keçirilib.

28.11.2025

Noyabrın 26-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon İcra Hakimiyyəti, Mərkəzi Kitabxana Sistemi və Masallı 1 saylı Mediasıya Təşkilatının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət işçiləri və gənclər iştirak ediblər. İlk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva tədbirin keçirilməsinin məqsədi ilə bağlı ətraflı məlumat verib. Sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan Konstitusiyasının dövlətçilik ənənələrinin möhkəmlənməsindəki əhəmiyyətindən, ölkədə insan hüquq və azadlıqlarının qorunmasında oynadığı roldan danışıblar. Vurğulayıblar ki, Konstitusiya müstəqil dövlətimizin başlıca hüquqi-siyasi dayağı olmaqla yanaşı, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəddir.