Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Reyhan Yusifqızının 60 illiyi münasibəti ilə tədbir keçirilib.

28.11.2025

Astara rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlərin müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızının 60 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna İsmayılova, VII ç sinif şagirdləri iştirak ediblər. Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova şagirdlərə yazıçının həyatı və yaradıcılığı haqqında məlumatlar verib. Çıxışlarda bildirilib ki,Reyhan Yusifqızı Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrinin yaradıb. Elmi-fantastik trilogiyanın müəllifidir. Yekunda ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisinə baxış keçirilib.