Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş master-klass keçirilib.

30.11.2025

Noyabrın 29-da Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illiyi ilə bağlı Lənkəran şəhər Heydər Əliyev Mərkəzində istedadlı yeniyetmə və gənclər üçün master-klass təşkil olunub. İştirakçılar Mirzə Qədim İrəvaninin yaradıcılığını öyrənərək rəssamın portretini çəkiblər. Master-klass eyni zamanda yaradıcılıq müsabiqəsi formatında keçirilib. Nəticələrə əsasən I, II və III yerlərə layiq görülən iştirakçılar diplom və hədiyyələrlə təltif olunacaq, digər iştirakçılara isə sertifikatlar təqdim ediləcəkdir