01.12.2025
Noyabrın 29-da Cəlilabad rayon Mərkəzi Kitabxanasında Gənclərin Asudə vaxtının səmərəli təşkili ilə əlaqədar Kitabxananın fəal oxucuları ilə Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs edən, müəllifi olduğu Elxan Elatlının "Qisas gecəsi" kitabının müzakirəsi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Kitabxananın metodisti Müşahidə Nərimanova qeyd edib ki, bu əsər, sadəcə bədii ədəbiyyat nümunəsi yox, həm də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür yolundan və misilsiz döyüş ruhundan bəhs edən güclü bir hərbi-vətənpərvərlik dastanıdır. Roman hadisələrin canlı təsviri ilə oxucuda elə bir təəssürat yaradır ki, sanki müəllif bütün bu şərəfli döyüş yolunun bilavasitə şahidi olub. Bildirib ki, Elxan Elatlı bu əsəri ilə gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində də böyük rol oynamağı hədəfləmişdir. Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini ifadə ediblər.