01.12.2025
Dekabrın 1-də Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı, Masallı Dövlət Regional Kollecinin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi məqsədilə “Heydər Əliyev irsi gənclərin gözü ilə” mövzusunda təqdimat müsabiqəsi təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif formatlı təqdimatlarla çıxış edərək, liderlik, vətənpərvərlik və dövlətçilik ideyalarını öz fərqli baxış bucaqlarından təqdim ediblər. Müsabiqənin sonunda münsiflər heyətinin qərarına əsasən I, II və III yerlərin qalibləri mükafatlandırılıb. Qaliblərə sertifikatlar və xüsusi hədiyyələr təqdim edilib.
Bununla yanaşı, gənclərin fərdi yaradıcılıq yanaşmalarını təşviq etmək məqsədilə üç xüsusi nominasiya üzrə mükafatlar təqdim olunub:
“Ən yaxşı vizual dizayn”
“Ən təsirli çıxış”
“Ən yaradıcı təqdimat”
Nominasiya qalibləri sertifikatlarla təltif olunub.