Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sağlam həyat tərzi keçirək” mövzusunda dəyirmi masa təşkil olunub.

02.12.2025

Dekabrın 1-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında oxucularla birlikdə 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar “Sağlam həyat tərzi keçirək” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirin keçirilməsində məqsəd ictimaiyyətdə QİÇS haqqında doğru və elmi məlumatların yayılması, gəncləri və oxucuları proflaktik tədbirlər barədə məlumatlandırmaq, insanların sağlam həyat tərzinə məsuliyyətli davranışa həvəsləndirmək olub. Tədbirdə iştirakçılar mövzu ilə bağlı fikirlər səsləndiriblər.