Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyevin həyatı və siyasəti” mövzusunda mühazirə təşkil olunub.

02.12.2025

Dekabrın 1-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədilə həyata keçirilən layihə çərçivəsində “Heydər Əliyevin həyatı və siyasəti” mövzusunda mühazirə təşkil olunub. Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 sayılı orta məktəbdə təşkil olunan mühazirədə Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsindən, inkişafındakı misilsiz əmək sərf etməsindən və dünya siyasətinə verdiyi töhfələrdən geniş bəhs edilib. Sonda şagirdlərin sualları cavablandırılıb və mövzü ilə əlaqədar sənədli film nümayiş olunub.