02.12.2025
Dekabrın 2-də Masallı rayon Mərkəzi Kitabxanasında Mirzə Qədim İrəvaninin 200 illiyi ilə əlaqədar “Rəssamlığımızın Mirzə Qədim İrəvani zirvəsi” adlı tədbir keçirilib.
Tədbirdə görkəmli rəssamın həyat və yaradıcılığından geniş bəhs olunub. Çıxışlarda qeyd olunub ki, Mirzə Qədim İrəvaninin Azərbaycan rəngkarlığının təşəkkülündəki əhəmiyyətli rolunu gələcək nəsillərə çatdırmaq olduqca vacib məsələdir. O, klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək, özünəməxsus orijinal üslub formalaşdırıb. Bu isə Azərbaycan təsviri sənəti tarixində yeni bir mərhələnin başlanğıcı olub.