03.12.2025
Dekabrın 2-də Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə adı çəkilən müəssisələrin əməkdaşları Masallı rayonunda fəaliyyət göstərən “Uşaq Günərzi Qayğı Mərkəzi”ndə fiziki məhdudiyyətli və həssas qrupdan olan uşaqlarla görüş keçiriblər. Görüşün əsas məqsədi cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqlara mənəvi dəstək göstərmək, onların sosial inteqrasiyasına töhfə vermək və onlara diqqət və qayğını artırmaq olub. Görüş zamanı uşaqlarla səmimi söhbətlər aparılıb, onların maraqları və arzuları dinlənilib. Müxtəlif əyləncəli və maarifləndirici fəaliyyətlər həyata keçirilib.