Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev – Müstəqil Azərbaycan Konstitusiyasının Memarı” mövzusunda tədbir keçirilib.

03.12.2025

Dekabırın 2-də Astara Tarix-Diyarşünaslıq Muzeyində 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev – Müstəqil Azərbaycan Konstitusiyasının Memarı” mövzusunda tədbir keçirilib. Tədbirdə Ərçivan qəsəbə Fuad Qasımov adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edbilər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mövzu haqqında geniş məruzə edən iştirakçılar vurğulayıblar ki, Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, xalqımızın firavanlığının təmin olunması ilə bağlı Konstitusiyada əks edilmiş müddəalar Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində yüksək səviyyədə həyata keçirilir. Sonda şagirdlər muzeyə ekskursiya ediblər.