03.12.2025
Dekabrın 3-də Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən müşavirədə kənd mədəniyyət evləri, klublar və kitabxana filiallarının əməkdaşları iştirak ediblər. Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Lerik rayonu üzrə nümayəndə) Müqəddəs Dənziyev, Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev və Mərkəzi Kitabxananın direktoru vəzifəsini icra edən Şəlalə Ağayeva ötən ay ərzində görülən işlər və qarşıda duran məsələlər haqqında çıxış ediblər. Yekunda uzun illər mədəniyyət sahəsində çalışmış bir neçə əməkdaş yubileyi münasibətilə "Fəxri Fərman" la təltif edilib.