Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqın qəlbində yaşayan lider” mövzusunda tədbir keçirilib.

06.12.2025

Dekabrın 5-də Astara Tarix – Diyarşünaslıq Muzeyində 12 Dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqın qəlbində yaşayan lider” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Mövu ilə əlaqədar müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışılıb. Qeyd ediblər ki, Ulu Öndərin əsasını qoyduğu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra tədbir çərçivəsində şagirdlərin ifasında şeirlər səsləndirilib.

Qeyd edəki ki, tədbirdə Astara rayon Seyran Yusifov adına Qacimardə kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.