06.12.2025
Dekabrın 5-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Mirzə Qədim İrəvaninin bədii irsi və milli mədəniyyətə verdiyi töhfələr” başlığı altında tədbir keçirilib. Tələbələrin iştirak etdiyi tədbirdə, muzeyin əməkdaşları Dilgüşə Məmmədova və Nazənin Heydərzadə Mirzə Qədim İrəvaninin bədii irsi, sənət texnikası və onun milli mədəniyyətimizin formalaşmasında gördüyü işlər haqqında geniş bəhs ediblər. Görkəmli rəssamın miniatür ənənəsini yeni üslub çalarları ilə zənginləşdirərək Azərbaycan bədii-estetik düşüncəsinə mühüm təsir göstərdiyini vurğulayıblar. Sonda tələbələr mövzü ilə bağlı suallar ünvanlayaraq, muzey əməkdaşları tərfindən cavablandırılıb.