13.12.2025
Dekabrın 13-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə dövlət rəsmiləri, mədəniyyət xadimləri, sənətsevərlər və şairin ailə üzvləri iştirak edib.Tədbirdə tanınmış aktyorlar və qiraətçilər tərəfindən görkəmli şairin dillər əzbəri olan şeirləri, incəsənət ustalarının iştirakı ilə sözlərinə bəstələnmiş mahnılar, eləcə də Azərbaycan filmlərindən mahnı mətni yazdığı musiqilər səsləndirilmiş, müxtəlif səhnəciklər və şairlə bağlı video-xronikalar təqdim olunub. Rəngarəng ədəbi-bədii proqram qonaqlar və sənətsevərlər tərəfindən maraqla qarşılanıb.