15.12.2025
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran rayonu Q.Zeynalov adına Darquba kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda açıq tarix dərsi keçirilib.
Məktəbin tarix müəllimi Bəqir Əlizadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqil Azərbaycanın qurulması və inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O, Heydər Əliyevin zəngin siyasi irsinin bu gün də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb. Şagirdlər mövzu ətrafında çıxış edib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda muzeyin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat veriblər.