Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Könüllü gənclərin iştirakı ilə kitabxana fəaliyyəti

19.12.2025

Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər multimedia kitabxana filialında “Gənclərin asudə vaxtının səmərəli təşkili və fəal gənclərin könüllü kimi kitabxana işinə cəlb olunması” mövzusunda gənclərlə növbəti görüş keçirilib. Görüşdə iştirak edən fəal gənclər könüllü kimi kitab fondunun düzənlənməsi, oxu mühitinin təşkili, mütaliənin təşviqi, eləcə də tədbirlərin təşkili və kitabxananın sosial şəbəkələrdə tanıdılması işlərində fəal iştirak ediblər. Bu fəaliyyət gənclərin kitabxana mühitinə daha yaxından inteqrasiyasına və ictimai fəallığının artırılmasına şərait yaradıb.