22.12.2025
Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə xanımlar üçün nəzərdə tutulmuş “Emosional intellekt” mövzusunda təlim keçirilib. Təlimçi, psixoloq Röyalə Vüqarqızının təqdimatında keçirilən təlim zamanı iştirakçılar öz emosiyalarını tanıma, onları düzgün idarə etmə, stresslə mübarizə, empati qurma və effektiv ünsiyyət bacarıqları haqqında nəzəri və praktiki biliklər əldə ediblər. İnteraktiv müzakirələr və real həyat nümunələri təlimin daha təsirli və yadda qalan olmasına şərait yaradıb. Eyni zamanda tədbir çərçivəsində “Emosional intellekt” kitabının təqdimatı keçirilib. Kitabda yer alan əsas ideyalar və mesajlar iştirakçılarla müzakirə olunaraq mövzunun daha dərindən mənimsənilməsinə töhfə verib.