Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyevin həyat və fəaliyyəti” mövzusunda açıq dərs təşkil olunub

13.01.2026

Yanvarın 12-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədilə “Heydər Əliyevin həyat və fəaliyyəti” mövzusunda açıq dərs təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətləri, uzun illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi məqsədyönlü siyasət, dövlətçilik ənənələrinin formalaşdırılması və möhkəmləndirilməsindəki rolu ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırılıb.“Dərsi şagirdlər böyük maraqla dinləyir, aktiv şəkildə suallar verib müzakirələrdə iştirak ediblər. Dərsin sonunda isə iştirakçılara Heydər Əliyev irsini daha dərindən öyrənmək üçün faydalı tövsiyələr verilib. ”Qeyd edək ki, mühazirə Cəlilabad şəhər 2 sayılı məktəbdə təşkil olunub.