15.01.2026
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Milli Qəhrəman Nəsirov Yalçın Canhəsən oğlunun anadan olmasının 50 illiyi münasibətilə “Qısa ömrün notları” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəblilər və kitabxana əməkdaşları iştirak ediblər. Tədbir zamanı Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova Astara rayonunda doğulub boya-başa çatmış Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun qısa, lakin şərəfli ömür yolundan, Vətən uğrunda göstərdiyi fədakarlıq və şücaətindən bəhs etmiş, onun döyüşlər zamanı nümayiş etdirdiyi qəhrəmanlıq nümunələri barədə iştirakçılara geniş məlumat verib. Sonda mövzu ilə əlaqədar hazırlanmış foto sərgiyə baxış keçirilib.